• C. Noy 29th, 2024

Zəngəzur dəhlizi: Ermənistan razılaşacaq? – TƏHLİL

ByYenigun.news

Sen 22, 2023


Azərbaycan Qarabağda antiterror tədbirləri keçirib suverenliyini bərqərar etdikdən sonra Zəngəzur dəhlizi layihəsinin aktuallığı bir az da artır.

Azərbaycanın antiterror hərəkətlərindən sonra belə bir ehtimal yaranır ki, Ermənistan Zəngəzurun dəhliz məntiqi ilə açılmasına razılıq verəcək və bunu öz cəmiyyətinə iqtisadi faydalarla izah etməyə çalışacaq.

İranın yanaşmalarını Azərbaycanla yaxınlaşdırmaq cəhdləri hələlik müsbət siqnalları gündəmə gətirsə də, Tehranın Zəngəzur dəhlizi məsələsində tuta biləcəyi mövqenin necəliyi bir qədər mübahisəlidir.

Bu istiqamətdə Tehranın iki mövqeyi nəzərə çarpa bilər.

Birincisi, İran Azərbaycanla Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı mümkün razılığına mane ola biləcək regional sistem yaratmağa meyil göstərə bilər.

Burada məqsəd Bakı ilə İrəvan arasında ehtimal edilən razılaşmanın icrasına maneə yaradacaq resursları formalaşdırmaqdır.

İkincisi, İran dəhlizin iqtisadi parametrlərində olan marağını ümumi regional strateji niyyətinin bir hissəsi kimi görüb Azərbaycanla dil taparaq prosesə maneədən yayına bilər.

Amma Azərbaycanın antiterror paketini icra etməsindən sonra İranın Bakı ilə münasibətlərin tədrici pisləşməsi variantına üstünlük verəcəyi o qədər də inandırıcı səslənmir. 

Bu məsələ Rusiyanın nəfəsliyi olan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin kontekstində Bakı-Tehran əlaqələrinin gərginlik fazasından çıxması ilə əlaqəli ola bilər. Üstəgəl, Türkiyə ilə də razılıqlar Tehranın siyasətindəki Azərbaycanla bağlı qara gündəliyi gizlədir.

İstənilən halda, diqqətdə saxlanılır ki, Qarabağdakı hadisələrin yekununun məntiqi davamı Azərbaycan-Ermənistan sülh danışıqlarının gedişatında Bakının böyük maraqlarının təmininə müsbət təsir edəcək.

Çünki Ermənistanın seçim yolu qalmır. Sülh gündəliyindən yayınma cəhdləri İrəvanın davamlı fəlakətlərinin bir hissəsinə çevrilə bilər.

Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın mövqeyinin necəliyi onun təhlükəsizlik sisteminin nasazlıqlarında yeni nüanslar üzə çıxarmağa qadirdir.

Yəni Zəngəzur dəhlizi ilə bağlı məsələ Ermənistanı toqquşan maraqlarla üzləşmək üçün ön mövqelərə çıxarır.

Bu mövqelərdə Ermənistan səsini ucaltmalıdır – ya səmərəli, sülh və təhlükəsizliyə töhfə verən regional əməkdaşlıq, ya da ki, regiondakı gərginliyin ağırlaşan təzyiqlərinin altını çəkmək.

Zəngəzur dəhlizi proyektinin hansı formada açılacağı Ermənistanın tutduğu mövqedən asılıdır, İrəvanın mövqeyi regional xarakterin miqyasını qızışdırıcı tondan konstruktiv mövqeyə səsləməkdən ibarət olmalıdır.

Yekun mövqe ilə rəsmiləşən qərarlara gəlincə, bu, gözlənilən Azərbaycan-Ermənistan danışıqlarının nəticələrindən asılı olacaq.

Yəni ya Ermənistan regional gərginliyi nəzərə alıb Bakının şərtini qəbul etməlidir, ya da öz taleyi ilə barışmalıdır.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir