• C. Noy 29th, 2024

“BMT TŞ-nin iclasında Fransa və Almaniya nümayəndələrinin bəyanatları islamofobiyanın artdığını göstərir”

ByYenigun.news

Sen 22, 2023


“BMT Təhlükəsizlik Şurasının (TŞ) Qarabağdakı vəziyyətlə bağlı keçirilən iclasında bir sıra ölkələrin Azərbaycana qarşı əsassız ittihamlar səsləndirməsinin arxasında duran amillərdən biri islamofobiyanın yayılmasıdır”.

Bunu “Report”a açıqlamasında britaniyalı politoloq, jurnalist Nil Vatson deyib.

Onun sözlərinə görə, Fransa və Almaniya daxil olmaqla, bir sıra ölkələrin belə bəyanatlar verməsi Ermənistanın qondarma soyqırımı ilə bağlı miflər yayması və onun özünü müsəlman “düşmənlər”lə əhatə olunan xristianlığın qalası rolundakı ölkə kimi təqdim etməsi ilə bağlıdır.

“Ermənistan daim ona qarşı “soyqırımları”nın həyata keçirildiyini və ya hazırlandığını iddia edir. Təəssüf ki, postsovet ölkələri haqqında dərin anlayışı olmayan Qərb ermənilərin belə fikirlərinə inanmağa meyillidir. Bu, xüsusən də erməni diasporunun nümayəndələrinin KİV-də, siyasətdə və biznesdə ciddi iştirakı ilə bağlıdır. Üstəlik, əsasən Fransa və ABŞ-də erməni diasporunu ələ almaq, seçkilərdə onların dəstəyini qazanmaq üçün tez-tez Azərbaycan və Türkiyə əleyhinə bəyanatlar verilir”, – deyə N.Vatson qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir