“Pakistan üçün Azərbaycan müsəlman, qardaş ölkədir. Biz Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir. Dövlətlərimiz arasındakı münasibətlər gündən-günə yaxınlaşır. Biz, həmçinin Azərbaycanın Qarabağ məsələsindəki mövqeyini tam dəstəkləyirik”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Pakistan parlamentinin senatoru Nisar Ahmed Kuhro deyib.
Azərbaycanın qısa müddət ərzində nail olduğu inkişafı, eyni zamanda, böhran vəziyyətində olan Pakistana verdiyi dəstəyi yüksək qiymətləndirən senator bildirib:
“Mən çətin dövrlər keçirən ölkələrə verdiyi dəstəyə görə Azərbaycana təşəkkürümü bildirirəm. Bu baxımdan Azərbaycanın düyü idxalı sahəsində Pakistana göstərdiyi yardımı qeyd edə bilərəm. Hər iki dövlət daim bir-birinin mövqeyini müdafiə edir”.