Qərbi Azərbaycan İcması son günlər Avropa İttifaqının, xüsusən onun ali nümayəndəsi Jozep Borrelin və Almaniyanın anti-Azərbaycan açıqlamaları ilə bağlı bildirir ki, bu gedişlə Avropa İttifaqı özünü Fransanın vəziyyətinə salaraq, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesindən tam kənarda qalacaq.
Bu barədə icmadan məlumat verilib.
“Xüsusən Jozep Borrelin istifadə etdiyi ifadələr və tonu tamamilə qəbuledilməzdir. Son vaxtlar İspaniyanın Azərbaycana qarşı artan bəyanatları xüsusunda İspaniyanın J.Borrelə, yoxsa J.Borrelin İspaniyaya təlimat verməsi məsələsi sual doğurur.
Almaniya Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkə hesabında alman nazirin BMT Təhlükəsizlik Şurasında ingilis dilində etdiyi çıxışdan yerləşdirilmiş hissədə “Laçın” sözünün ingilis deyil, fransız dilində yazılması isə Almaniyanın acınacaqlı durumunu, özünün mövqeyinin olmadığını, məsələyə sırf rəsmi Parisin prizmasından yanaşdığını bir daha aydın göstərir”, – deyə məlumatda qeyd olunub.