• Ca. Noy 28th, 2024

Elmir Vəlizadə: “Azərbaycanda ASAN və DOST mərkəzləri yaradılıb və modelləri bəzi ölkələrə təqdim edilir”

ByYenigun.news

Sen 23, 2023


“Son dövrlərdə kritik informasiya infrastrukturu sahəsi üzrə normativ hüquqi sənədlər bazasının formalaşdırılması və əməli tədbirlərin həyata keçirilməsi sahəsində addımlar atılır”.

Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Elmir Vəlizadə Bakıda keçirilən dövlət qurumlarının İT rəhbərlərinin II zirvə toplantısında deyib.

Onun sözlərinə görə, artıq informasiya sistemləri ölkəmizdə kritik əhəmiyyətli sistemlər səviyyəsinə gəlib çıxıb:

“Bu, onun vacibliyini gündəlik həyatımızda olan önəmini göstərir. 2003-cü ildə İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilən zaman ilk səfərini Cenevrədə keçirilən İnformasiya Cəmiyyəti üzrə Dünya Samitinə edib və orada çıxışı zamanı Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin ölkəmiz üçün prioritet olduğunu bəyan etmişdi. Keçən 20 il dövründə bunun real şahidi olduq”.

O bildirib ki, Azərbaycanda ASAN və DOST mərkəzləri yaradılıb və modelləri bəzi ölkələrə təqdim edilir:

“Bu sahədə vacib texnologiyaların tətbiqi, milli standartlarımızın işlənməsi və tətbiq edilməsi bizim üçün vacibdir”.

E.Vəlizadə əlavə edib ki, informasiya təhlükəsizliyi üzrə əlaqələndirici komissiya mövcuddur:

“Bütün strateji məsələlərə baxılır və qərarlar qəbul olunur”.

İlhamə Əbülfət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir