• Ça. Dek 23rd, 2025

TDT baş katibi: “Qarabağ Azərbaycan torpağıdır və türk dünyasının bir parçasıdır”

Byadmin

Sen 23, 2023


“Qarabağ türk dünyasının bir parçasıdır”.

“Report” xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömüraliyev Azərbaycan Ordusunun sentyabrın 19-da Qarabağda keçirdiyi antiterror tədbirlərinə münasibət bildirərkən deyib.

“Qarabağ, əlbəttə, Azərbaycanın bir hissəsidir. Qarabağ tamamilə Azərbaycanın suverenliyində olmalıdır”, – deyə o vurğulayıb.