Prezident İlham Əliyev Milli Məclisin üzvü Tahir Süleyman oğlu Süleymanovu təltif edib.
President.az-ın xəbərinə görə, dövlət başçısının imzaladığı müvafiq Sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Tahir Süleyman oğlu Süleymanov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.