Birləşmiş Millətlər Təşkilatının (BMT) Kişineu şəhərindəki nümayəndəliyi qarşısında Azərbaycan icmasının bir qrup üzvünün dinc aksiyası keçirilib.
Moldova Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə baş tutan aksiyada Ermənistanın mina terrorizminə etiraz edilib.
Azərbaycan və Moldova bayraqlarını dalğalandıran aksiya iştirakçıları öz etirazlarını “Ermənistan, torpaqlarımızı minalama!”, “Erməni terrorizmi minalarla davam edir”, “Erməni terrorizminə son!”, “Mina basdırma, ağac ək!” şüarları nümayiş etdiriblər.
Aksiyanın sonunda rəsmi İrəvandan dəqiq mina xəritələrini Azərbaycana təhvil verməsinin, həmçinin Cənubi Qafqaz bölgəsində davamlı sülhün və sabitliyin bərqərar olmasını istəyən Azərbaycanla sülh müqaviləsi imzalaması tələblərinin əks olunduğu bəyanat BMT-nin Moldovadakı nümayəndəliyinə təqdim edilib.