• Ça. Dek 23rd, 2025

Hikmət Hacıyev: “Tərk-silah və demobilizasiya reinteqrasiya üçün əsas komponentlərdir” – FOTO

Byadmin

Sen 23, 2023


“Tərk-silah və demobilizasiya reinteqrasiya üçün əsas komponentlərdir”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsində yazıb.

Prezidentin köməkçisi qeyd edib ki, Qarabağda üçgünlük tərk-silah prosesi göstərdi ki, bu bölgə işğal dövründə hərbi anbarların, toplanan silah-sursatın sayına görə dünyanın ən hərbiləşdirilmiş zonasına və bölgəmizin barıt çəlləyinə çevrilib:

“Əhalinin sayına və ərazinin böyüklüyünə görə bölgənin bu dərəcədə hərbiləşdiriləcəyini heç gözləmirdik”.