• Ça. Dek 23rd, 2025

Əliyevdən Ərdoğana: “BMT-də Azərbaycanın maraqlarını ifadə edən bəyanatlarınız növbəti qardaşlıq addımıdır”

Byadmin

Sen 25, 2023


“Bu hadisə (antiterror tədbirləri – red.) baş verəndə Siz (Ərdoğan – red.) Amerikada idiniz, Nyu-Yorkda idiniz, BMT-nin Baş Assambleyasında iştirak edirdiniz. Orada, dünyanın ən ali kürsüsündən Azərbaycan dövlətinin maraqlarını ifadə edən bəyanatlar vermişdiniz, ədalətli bəyanatlar vermişdiniz, tamamilə beynəlxalq hüquqa əsaslanmış bəyanatlar vermişdiniz – “Qarabağ Azərbaycan torpağıdır!”

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında söyləyib.

Dövlətimizin başçısı qeyd edib ki, bu, həm həqiqətdir, eyni zamanda, beynəlxalq hüquqa tam uyğundur, həmçinin Türkiyə tərəfindən atılan növbəti qardaşlıq addımıdır.