“Bizim bütün istiqamətlər üzrə, o cümlədən ticarət dövriyyəmizin artırılması istiqamətində önəmli addımlar atılıb. Keçən il bizim ticarət dövriyyəmiz altı milyard dollardan çox olub”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında söyləyib.
Bu ilin yeddi ayında ticarət dövriyyəsinin daha 40 faiz artdığını və daha da artacağına əminliyini ifadə edən dövlətimizin başçısı bildirib:
“Düzdür, hədəf çox, yəni, yüksək rəqəmlərlə ölçülür. Bir müddət bundan əvvəl 15 milyard dollar ticarət dövriyyəsi hədəfləmişdik. O zaman ticarət dövriyyəsi təqribən iki milyard dollar idi. Amma indi altı milyard dolları ötüb. Yəqin ki, yaxın gələcəkdə buna da çatacağıq”.