• Ç. Noy 27th, 2024

Erməniəsilli şəxs: “I Qarabağ müharibəsində Azərbaycan tərəfə əsir düşəndə bu xalqın humanistliyini gördüm”

ByYenigun.news

Sen 26, 2023


“Mən Birinci Qarabağ müharibəsində Azərbaycan tərəfinə əsir düşəndə bu xalqın humanistliyinin şahidi oldum”.

“Report”un Laçına ezam olunan əməkdaşının xəbərinə görə, bunu Qarabağın erməniəsilli sakini Robert Safaryan deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfdə əsirlikdə olanda onunla yaxşı rəftar edilib, vəziyyəti ilə yaxından maraqlanıblar:

“Mən Azərbaycan xalqını sevirəm. Bu, belə də olmalıydı. Gec-tez siz torpağınızı azad edəcəkdiniz. Mənə nə İrəvan, nə də Qarabağ lazımdır. Səmimi deyim ki, torpağın sahibi sizsiniz. Tənha adamam, Rusiyaya gedəcəyəm. Xankəndiyə yenidən qayıtmaq istəmirəm. Heç bir təzyiq göstərilmir, normal qaydada yoxlanılıb keçirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir