Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Özbəkistan, Türkiyə, Qazaxıstan və Qırğızıstan kimi türk dövlətlərinə Azərbaycana daimi dəstəyə görə xüsusi təşəkkür edib.
“Report” xəbər verir ki, F.Muradov bu barədə Bakıda keçirilən “Türk Dövlətlərinin Diaspor Gənclərinin I Forumu: Heydər Əliyev və Türk Dünyası” adlı tədbirdə qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan diasporunun fəaliyyəti ötən il baş tutan Zəfər qurultayında Prezident İlham Əliyevin tövsiyələri əsasında həyata keçirilir:
“Sözügedən dövlətlərin dövlət qurumları ilə müxtəlif memorandumlar imzalamışıq, onların da müzakirəsi aparılacaq. Bu gün Azərbaycanda keçirilən islahatlar hər kəs üçün yaxşı bir nümunədir. Son illərdə biz inkişaf istiqamətində adıçəkilən ölkələrdən çox böyük dəstək görmüşük, buna görə də həmin ölkələrə öz təşəkkürümü çatdırıram. Azərbaycan sülh və multikultural şəraitin yaranmasına böyük töhfə verir”.