“Ermənistanda etirazçılar sülh prosesini pozmağa çalışır və öz ölkələrinin, eləcə də, regiondakı digər ölkələrin maraqlarına zidd hərəkət edirlər”.
Bunu “Report”a açıqlamasında ABŞ-li jurnalist, milli təhlükəsizlik üzrə analitik, hüquqşünas İrina Zukerman deyib.
“Ermənistandakı etirazların əsas qüvvəsi revanşist kütlədir. Onların ritorikası erməni lobbiçilərinin və ABŞ-dəki havadarlarının sosial şəbəkələrdə paylaşdıqları ilə çox oxşardır”, – o bildirib.
İ.Zukerman vurğulayıb ki, bu, müəyyən məsələlərdə təsir gücü əldə etmək üçün bir vasitədir:
“Bu, ABŞ-dəki tərəfdarlardan ianə istəmək üçün növbəti hədə-qorxudurmu? Yoxsa xarici siyasəti dəyişmək və zorakılığa qayıtmaq üçün başqa cəhdlər var? İstənilən halda, məqsədlərinə çatmayacaqları göz qabağındadır”.