“Laçın” sərhəd-buraxılış məntəqəsində avtomobillər əvvəlcə sərhədçilər tərəfindən, daha sonra isə mobil rentgen aparatından keçirilməklə yoxlanılır.
Bununla bağlı “Sputnik Azərbaycan” “Telegram” kanalında videogörüntülər paylaşılıb.
Görüntülərdə sərhəd-buraxılış məntəqəsindən keçən bütün nəqliyyat vasitələrinin ciddi və hərtərəfli şəkildə yoxlandıqdan sonra buraxıldığı əks olunub.