• Be. Dek 22nd, 2025

Rusiya sülhməramlıları: “Yaralılar Azərbaycandan razılıq alınaraq Ermənistana daşınırlar” – VİDEO

Byadmin

Sen 26, 2023


Xankəndi-Əsgəran yolunda yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində xəsarət alan ermənilərin Ermənistan ərazisinə daşınması Rusiya sülhməramlı kontingentinin helikopterləri tərəfindən həyata keçirilib.

Bu barədə Rusiya sülhməramlı kontingentinin “Telegram” kanalında məlumat yayılıb.

Bildirilir ki, bu, Azərbaycan tərəfi ilə razılaşmaya əsasən təmin olunur.