27-ci “ZOOM” Beynəlxalq Xəbər Görüntüləri Müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Oxu.Az xəbər verir ki, mükafatlandırma mərasimi Bakıda təşkil olunub.
Tədbirdə öncə Azərbaycan – Türkiyə qardaşlığından bəhs edilib. Daha sonra iki ölkənin şəhidlərinin ruhuna ehtiram əlaməti olaraq bir dəqiqəlik sükut elan edilib. Ardınca Türkiyə və Azərbaycanın dövlət himnləri səslənib.
Bundan sonra Azərbaycanın 44 günlük Vətən müharibəsi dövründə iki ölkənin jurnalistlərinin fədakar fəaliyyəti barədə məlumat verilib.
Tədbirdə Audiovizual Şuranın sədri İsmət Səttarov, Türkiyə Xəbər Operatorları Assosiasiyasının sədri Aytekin Polatel çıxış ediblər. Mükafatlandırma mərasiminin ilk dəfə Azərbaycanda təşkil edilməsinin əhəmiyyəti vurğulanıb.
A.Polatel Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana və Azərbaycan Prezidenti İlham Əliyevə iki ölkənin media nümayəndələrini bir araya gətirmək imkanını yaratdıqlarına görə təşəkkür edib. O, eyni zamanda, dəstəyə görə “Global Media Group”a və “Xəzər” Media Mərkəzinə təşəkkürlərini bildirib.
Daha sonra mükafatlandırma mərasiminə keçilib. İlk olaraq “CNN Türk” Televiziyasının Xüsusi Xəbər rəhbəri Fulya Öztürk “Qarabağ” Xüsusi Mükafatı təqdim edilib.
Müsabiqədə “Haber Global” TV-nin əməkdaşları üç kateqoriya üzrə qalib olublar.
Ukrayna müharibəsi zamanı Çernobıl Atom Elsktrik Stansiyasındakı təhlükə barədə məlumat verən “Haber Global” TV-nin müxbiri Murat Karataş “Çernobıl” başlıqlı xəbərlə xüsusi xəbər kateqoriyasında mükafata layiq görülüb.
Həmçinin, Türkiyə və Azərbaycan dostluq əlaqələrinin inkişafına verdiyi dəstəyə görə “Haber Global” televiziyası Türkiyə Xəbər Operatorları Assosiasiyasının xüsusi mükafatı ilə təltif edilib.
Rusiya-Ukrayna müharibəsi ilə bağlı “Savaşın izləri” adlı material hazırlamış “Haber Global”ın müxbiri Mehmet Altunışık da mükafata layiq görülüb.
Bundan başqa, ailəsini Hataydakı zəlzələ nəticəsində itirməsinə rəğmən “Ailəm Hatay” başlıqlı reportaj hazırlamış “Haber Global” televiziyasının müxbiri Hasan Uylaş və onun operator yoldaşı münsiflər heyətinin xüsusi mükafatına layiq görülüblər.
Müsabiqədə 18 azərbaycanlı müxbir və operator 11 nominasiya üzrə qalib olub.
Müsabiqənin Azərbaycan üzrə qalibləri aşağıdakılardır.
Xəbər görüntüsü nominasiyası:
Birinci yer: “Real TV”, Elşad Heydərov
Özəl xəbər nominasiyası
Birinci yer: AZƏRTAC, İsgəndər Qəmbərov
İkinci yer: “Xəzər TV”, Vüsal Cəfərov
Reportaj nominasiyası:
Birinci yer: “İctimai TV”, Ceyhun Mustafayev
Sərbəst nominasiya:
Birinci yer: ARB TV, Aidə Zərgərova
Serial nominasiyası:
Birinci yer: ATV, Elvin Zeynalov
İkinci yer: ARB TV, Turan Novruzova
Aktual xəbər nominasiyası:
Birinci yer: ARB TV, Tacəddin Quliyev
Xəbər proqramı nominasiyası:
Birinci yer: “Xəzər TV”, Aslan Qarayev
Müsabiqədə Azərbaycanın işğaldan azad olunmuş bölgələrinin adına xüsusi mükafatlar da verilib:
Ağdam mükafatı – “Xəzər TV”, Lalə Azərtaş
Şuşa mükafatı – “Xəzər TV”, Lalə Azərtaş
Laçın mükafatı – “İctimai TV”, Anar Ağazadə
Kəlbəcər mükafatı – “Baku TV”, Elgün Hümbətov
Füzuli mükafatı – AzTV, Ramil Qocayev
Zəngilan mükafatı – ARB, Rasil Salehli.
Bundan başqa, Münsif mükafatı – “İctimai TV”-dən Ramin Mehdiyə, Türkiyə Xəbər Kameramanları Assosiasiyası mükafatı ARB TV-dən Kamilə Hüseynliyə, Türkiyə-Azərbaycan dostluq mükafatı Türkiyənin NTV telekanalından Esra Gezginciyə verilib.
Qeyd edək ki, 1996-cı ildən bəri keçirilən “ZOOM” Beynəlxalqk Xəbər Görüntüləri Müsabiqəsi Türkiyə Xəbər Operatorları Assosiasiyasının təşkilatçılığı ilə baş tutub. Sentyabrın 3-də İstanbulda Türkiyə və digər ölkələrdən müsabiqəyə verilən görüntüyə Türkiyə münsiflər heyətinin baxışı və səsverməsi baş tutub.
Müsabiqənin idarə heyətinin üzvləri sırasına Türkiyə Xəbər Operatorları Assosiasiyasının sədri Aytekin Polatel, Türkiyə Xəbər Operatorları Assosiasiyasının sədr müavini Ahmet Akpolat, Türkiyə Xəbər Operatorları Assosiasiyasının Azərbaycan üzrə nümayəndəsi İsgəndər Qəmbərov, İbrahim Büyükkerkmen, Mehmet Rıza Marufoğlu, Mustafa Soybaş, Mustafa Kara daxildirlər.
Daha çox şəkil burada: PhotoStock.az