• Ça. Noy 26th, 2024

Komitə sədri: “Gürcüstanda azərbaycanlıların dini tələblərinin yerinə yetirilməsi üçün şərait yaradılıb”-FOTO

ByYenigun.news

Sen 26, 2023


Gürcüstanda azərbaycanlıların dinlə bağlı tələblərinin yerinə yetirilməsi üçün əlverişli şərait yaradılıb.

“Report” xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Marneulidə din xadimləri ilə görüşü zamanı çıxışında bildirib.

Onun sözlərinə görə, məscid və mədrəsələrin təmiri, kadr hazırlığı və dərsliklərlə təmin olunması prioritet məsələdir.

Komitə sədri deyib ki, hazırda Azərbaycanda 37 icma qeydiyyatdan keçib ki, onlardan ikisi Gürcüstana aiddir. Bununla yanaşı, gürcülərin Azərbaycanda 4 kilsəsi var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir