Sentyabrın 27-si – Anım Günündə Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və nazirliyin əməkdaşları Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.
Vilayət Eyvazov və nazirliyin əməkdaşları 44 günlük Vətən müharibəsində respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər, xatirə daşının önünə gül dəstələri qoyublar.