Azərbaycan Xarici İşlər Nazirliyi İraqda baş vermiş faciə ilə əlaqədar İraq xalqına və rəhbərliyinə başsağlığı verib.
Bu barədə nazriliyin sosial şəbəkə səhifəsində paylaşım edilib.
“Neynəva əyalətində şadlıq sarayında baş verən yanğında 115-dən çox insanın həlak olması və onlarla insanın yaralanması ilə əlaqədar həlak olanların ailələrinə, eləcə də İraq hökumətinə və xalqına başsağlığı veririk”, – paylaşımda deyilir.
We extend our condolences to the families of the victims & to the government and people of #Iraq over the death of more than 115 and injury of dozens of people during the fire at a wedding hall in Nineveh province.@Iraqimofa @IraqiPMO
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) September 27, 2023