Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Parlament Spikerlərinin Avropa Konfransında iştirak etmək üçün İrlandiyanın Dublin şəhərinə işgüzar səfər edib.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Milli Məclisin sədri Parlament Spikerlərinin Avropa Konfransında çıxış edəcək, tədbirdə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlər keçirəcək.