Azərbaycanda Rəqabət Məcəlləsinin qüvvəyə minməsi ilə üç qanun ləğv ediləcək.
“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında – məcəllənin müzakirəsi zamanı komitə sədri Tahir Mirkişili bildirib.
Onun sözlərinə görə, söhbət “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında” və “Təbii inhisarlar haqqında” qanunlardan gedir.