Azərbaycan Milli Elmlər Akademiyası qurumun prezidenti Ramiz Mehdiyevin koronavirusa yoluxması haqda yayılan məlumatlara aydınlıq gətirib.
AMEA İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən daxil olan açıqlamada deyilir:
“Bu gün AMEA prezidenti, akademik Ramiz Mehdiyevin guya koronavirusa yoluxması ilə bağlı bəzi KİV-lərdə məlumatlar yayılıb.
İctimaiyyətin diqqətinə çatdırırıq ki, yayılan məlumatların heç bir əsası yoxdur və onlar həqiqəti əks etdirmir. AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin səhhətində heç bir problem yoxdur və o, iş başındadır”.
Qeyd edək ki, yayılan məlumatlarda R. Mehdiyevin 1 həftədir ki, koronavirusa yoluxduğu və vəziyyətinin ağır olduğu deyilirdi.