Gürcüstanın Azərbaycandakı Səfirliyi Rusiyada azərbaycanlı gənc Vəkil Abdullayevin öldürülməsi ilə bağlı açıqlama yayıb.
“Yenigun.news” Oxu.az-a istinadən xəbər verir ki, səfirlikdən verilən açıqlamada deyilir:
“Azərbaycan KİV-lərində, 28 May tarixində, Rusiya Federasiyasının Novosibirsk vilayətində, milliyyətcə azərbaycanlı olan 19 yaşlı Vəkil Abdullayevin bir polis məmuru tərəfindən öldürülməsinin faciəli faktı ilə əlaqədar yayılan məqalələrlə bağlı bildiririk ki, Vəkil Abdullayev Gürcüstan vətəndaşı deyil.
O, Rusiya Federasiyası vətəndaşı idi və bu səbəbdən Gürcüstan tərəfinin nə hüquqi cəhətdən, nə də beynəlxalq hüquq normaları əsasında, qeyd olunan işə hüquqi mexanizmalarla müdaxilə etmək üçün heç bir təsir imkanı yoxdur.
Gürcüstan səfirliyi faciəvi şəkildə öldürülən azərbaycanlı gəncin ailəsinə və yaxınlarına başsağlığı verir”.