Cənubi Afrika ölkəsi olan Bostvanada dünyada indiyədək çıxarılmış üçüncü ən böyük brilyant tapılıb.
“Yenigun.news” xəbər verir ki, bu barədə bostvanalı birlyant firması olan “Debswana” məlumat yayıb.
Bildirilib ki, iyunun 1-də tapılan almaz 1098 karatdır:
“Çıxarılan almaz ölkənin paytaxtı Qaboroneyə gətirilərək, ölkə prezidenti Mokvetsi Erik Kebetsvi Masisiyə təqdim olunub. Bu almaz Bostvana üçün çox şey ifadə edir. Mübarizə aparan millətimizə ümid verir”.
Qeyd edək ki, dünyada indiyədək kəşf edilən ən böyük almaz olan 316 karatlıq Kullinan almazı 1905-ci ildə Cənubi Afrikada tapılıb.