• Şb. Noy 23rd, 2024

“Tələbə 20 ilə qədər müddətdə bu krediti ödəyə bilər”

ByYenigun.news

İyn 18, 2021

“Tələbə kreditləri dünyanın bir çox ölkələrində mövcuddur. Azərbaycanda isə tələbələrin bir hissəsi dövlət sifarişi hesabına, bir hissəsi öz hesabına oxuyurdu. Təhsil Tələbə Krediti Fondu öz hesabına təhsil alan tələbələri əhatə edəcək”.

Yenigun.news” xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev nazirliyin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması ilə bağlı bu gün keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, bu, təhsilin əlçatanlığına səbəb olacaq. Növbəti təhsil ilindən daha çox tələbənin maliyyələşməsi həyata keçiriləcək:

“İnanırıq ki, növbəti təhsil ilindən bu sistem həyata keçiriləcək. İki qrup – sosial həssas ailələrdən olan uşaqlara verilən kreditlər, çox kiçik faizi olan və standart paket var. Onların da faiz dərəcəsi az olacaq. Giriş balları nəzərə alınacaq. Əgər tələbənin qiymətləri yüksəkdirsə, tələbəyə güzəştlər oluna bilər. Bu kredit kommersiya xarakteri daşımır. Tələbə təhsilini bitirdikdən sonra 20 ilə qədər müddətdə bu krediti ödəyə bilər”.

Onun sözlərinə görə, Təhsil Tələbə Krediti Fondunun kreditləri yüksək peşə ixtisası səviyyəsindən başlayaraq bütün tələbələri əhatə edəcək. Tələbələrin krediti qaytarmaq istəməməsinə gəlincə isə, nazir qeyd edib ki, burada nəzarət mexanizmləri də olacaq: “Vətəndaş krediti qaytararsa, başqa vətəndaşlar ondan yararlanacaq. Biz çalışacağıq ki, tələbələr sosial məsuliyyət hiss edərək onları qaytarsınlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir