Yeni Kaledoniyada iğtişaşlar davam edir. Fransa yerli xalq olan kanakların maraqlarını inkar edərək adaya qoşun göndərib.
Baku TV mövzu ilə bağlı süjet hazırlayıb.
Baş verənləri politoloq Fikrət Sadıxov şərh edib.
O qeyd edib ki, Fransa uzun illərdir müstəmləkələrini sərt məngənələrlə sıxaraq əlində saxlayıb.
“Paris yerli xalqların hüquqlarını pozaraq onlara öz dillərində danışmağa, onlara öz müstəqilliklərini elan etməyə imkan verməyib. Bununla yanaşı, Fransa bu xalqlara öz qaydalarını və adət-ənənələrini sırımağa çalışıb”, – deyə politoloq bildirib.
O vurğulayıb ki, Azərbaycan heç bir dövlətin daxili işlərinə qarışmır.
Ətraflı süjetdə: