• Ca. Noy 21st, 2024

Almaniya Ermənistan və Azərbaycan arasında sülh prosesini dəstəkləməyə hazırdır – FOTO

ByYenigun.news

May 17, 2024




Almaniyanın xarici işlər naziri Annalena Barbok ölkəsinin Ermənistan və Azərbaycan arasında sülh prosesini dəstəkləməyə davam etməyə hazır olduğunu bildirib.

“Ermənistan və Azərbaycanın sülhə nail olmaq üçün tarixi fürsəti var. Annalena Barbok erməni həmkarı Ararat Mirzoyan ilə söhbətində Almaniyanın sülh prosesinə dəstəyini davam etdirməyə hazır olduğunu vurğulayıb”, – Almaniya Xarici İşlər Nazirliyinin “X”də (keçmiş “Twitter”) dərc etdiyi bəyanatda deyilir.

“Dialoqun davam etdirilməsi indi son dərəcə vacibdir”, – Almaniya Xarici İşlər Nazirliyi vurğulayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir