• Ca. Okt 29th, 2026

Multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı meyarlar olub.

ByVuqar Ferzeliyev

Okt 29, 2026

27 oktyabr 2026-cı il tarixində Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusuna həsr olunmuş VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib.

Prezident cənab İlham Əliyev bildirib ki, 100-dən çox ölkədən 500-dən artıq qonağın və 2000-dən çox qeydiyyatdan keçmiş iştirakçının qatıldığı Forum son 15 il ərzində mədəniyyətlərarası münasibətlərin inkişafı və qarşılıqlı anlaşmanın gücləndirilməsi baxımından mühüm beynəlxalq platformaya çevrilib. Multikulturalizm, dini dözümlülük və etnik müxtəlifliyə hörmət xalqımızın əsrlər boyu qoruyub saxladığı mənəvi dəyərlərdəndir.

Ölkəmizdə müxtəlif xalqların və dini icmaların nümayəndələrinin qarşılıqlı hörmət və etimad şəraitində yaşaması cəmiyyətimizin əsas üstünlüklərindən biri kimi diqqətə çatdırılıb. Prezident milli birliyin Azərbaycanın davamlı inkişafında mühüm rol oynadığını bildirərək azərbaycançılıq ideyasının bütün xalqları və etnik qrupları vahid amal ətrafında birləşib. Ermənistanın hərbi təcavüzü və İkinci Qarabağ müharibəsi zamanı müxtəlif etnik və dini qrupların nümayəndələrinin Azərbaycanın ərazi bütövlüyünün bərpası naminə bir yumruq kimi birləşməsi xalqımızın sarsılmaz iradəsinin və milli həmrəyliyinin təzahürü kimi dəyərləndirilib.

Xalqımızın tarixi köklərinə, milli kimliyinə və mənəvi dəyərlərinə daim sadiq qaldığını xüsusi vurğulayıb. Bildirilib ki, Azərbaycan müxtəlif tarixi mərhələlərdə dövlət müstəqilliyindən məhrum olsa da, xalqımız öz dilini, adət-ənənələrini, mədəni irsini və həyat tərzini qorumağı bacarıb. Müstəqillik dövründə Azərbaycanın milli-mənəvi dəyərləri yalnız qorunub saxlanılmayıb, eyni zamanda daha da möhkəmləndirilib. Cəmiyyətimizdə formalaşan birlik və həmrəylik ölkəmizin daxili sabitliyinin və inkişafının əsas dayaqlarındandır.

Ermənistan-Azərbaycan münaqişəsinin uzun illər ərzində həll olunmamasına, danışıqlar prosesinin nəticəsiz qalmasına və Azərbaycanın beynəlxalq hüquq çərçivəsində öz haqqını müdafiə etmək məcburiyyətində olmasına da toxunulub.

2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi və 2023-cü ildə həyata keçirilmiş antiterror əməliyyatı Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpası ilə nəticələnib. Dövlət başçısı Azərbaycanın hərbi qələbədən sonra sülh təşəbbüsləri ilə çıxış etməsini ölkəmizin gələcəyə yönəlmiş siyasətinin mühüm göstəricisi kimi təqdim edib. Azərbaycan münaqişənin davam etdirilməsində deyil, regionda uzunmüddətli sülhün və əməkdaşlığın təmin edilməsində maraqlıdır. Ölkəmizin Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində irəli sürdüyü təkliflər də bu mövqenin ifadəsidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın müstəqil dövlət kimi keçdiyi inkişaf yolunu, milli birliyini, iqtisadi gücünü və beynəlxalq nüfuzunu əks etdirib. Ölkə başçısının fikirləri bir daha göstərib ki, ölkəmizin qazandığı uğurlar xalqımızın zəhmətinə, milli həmrəyliyinə, dövlət müstəqilliyinə və milli maraqlara əsaslanan ardıcıl siyasətə söykənir. Azərbaycan bundan sonra da multikulturalizm dəyərlərinin qorunmasına, mədəniyyətlərarası dialoqun genişləndirilməsinə, beynəlxalq hüququn prinsiplərinin müdafiəsinə və regionda davamlı sülhün təmin olunmasına töhfə vermək əzmindədir.

Soltanova Zahidə

Saatlı Dövlət Rəsm Qalereyasının bələdçisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir