“Aİ-95” (“Premium”) markalı yanacağın pərakəndə satış qiymətində dəyişiklik baş verib.
Yenigun.news xəbər verir ki, bu gün səhər saatlarında yanacaqdoldurma məntəqələrində “Aİ-95” markalı yanacağın satış qyiməti 1.45 AZN olub. Bu isə 5 qəpiklik bahalaşmadan xəbər verir.
“Aİ-95” markalı yanacaq bu gün səhər saatlarından SOCAR, LUKoil və “Azpetrol” YDM-lərində yeni qiymətə satılır.
“Aİ-92” və dizel yanacağının pərakındə satış qiymətində dəyişiklik yoxdur.
Əldə etdiyimiz məlumata görə, “Aİ-95” markalı yanacağın bahalaşmasının səbəbi idxal dəyərinin artmasıdır. Bununla bağlı rəsmi təsdiq yoxdur.