• C. Noy 22nd, 2024

İlham Əliyev İsveçrə Prezidentinə məktub göndərdi

ByYenigun.news

İyl 31, 2021

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Qi Parmölənə təbrik məktubu göndərib.

Yenigun.news xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-İsveçrə əlaqələrinin daha da genişləndirilməsi, ölkələrimiz arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, İsveçrə Konfederasiyasına daim firavanlıq arzulayıram”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir