• Bz. Noy 24th, 2024

Bu il Azərbaycan qaz ixracını 36 % artırıb

ByYenigun.news

İyl 31, 2021

Bu ilin yanvar-iyun ayında Azərbaycanın xaricə qaz satışı təxminən 9,1 mlrd kubmetr təşkil edib.

Bu barədə Energetika Nazirliyinin bu ilin yanvar-iyun ayları üzrə ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 36 % çoxdur.

Bu ilin yanvar-iyun ayında Türkiyəyə təqribən 4,7 mlrd kubmetr, Avropaya 3,2 mlrd kubmetr, Gürcüstana isə 1,2 mlrd kubmetr qaz ixrac edilib.

Bu dövrdə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri sisteminə 50,5 mln kubmetr qaz verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir