• Bz. Noy 24th, 2024

Bu il Azərbaycanda 20,3 mlrd kubmetr qaz hasil edilib

ByYenigun.news

İyl 31, 2021

Bu ilin 6 ayı ərzində Azərbaycanda 20,3 mlrd kubmetr qaz hasil edilib.

Bu barədə Energetika Nazirliyinin bu ilin yanvar-iyun ayları üzrə ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.

Məlumata görə, qazın 6,4 mlrd kubmetri “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan, 10 mlrd kubmetri “Şahdəniz”dən əldə edilib.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə bu dövrdə 3,9 mlrd kubmetr qaz hasil olunub.

Ötən ilin müvafiq dövrünə nisbətən 5,1 %, yəni 990 milyon kubmetr artımla qaz hasil edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir