• Bz. Noy 24th, 2024

Bill Qeyts iqlim dəyişikliyi ilə mübarizə üçün böyük məbləğ ayırdı

ByYenigun.news

Avq 13, 2021

“Microsoft” şirkətinin təsisçisi və dünyanın ən varlı adamlarından biri Bill Qeyts iqlim dəyişikliklərinə qarşı mübarizə məqsədilə 1.5 milyard dollar ayırıb.

Bu barədə “Wall Street Journal” məlumat yayıb.

Məlumata görə, bu vəsait ABŞ hökuməti ilə birgə həyata keçiriləcək karbon tullantıları həcmini azaldacaq texnologiyaların inkişafı layihəsinin maliyyələşdirilməsi üçün xərclənəcək.

Artıq ABŞ Senatı tərəfindən ölkə infrastrukturunun təkmilləşdirilməsini nəzərdə tutan qanun layihəsi təsdiq edilib. Ölkə prezidentinin imzasından sonra qanunun qüvvəyə minəcəyi bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir