Mehriban xanımdan soruşsanız ki, onun üçün ən əsas təltif nədir, cavabında eşidərsiniz: insanların hörməti. Planetimizin müxtəlif guşələrindən minlərlə insan Mehriban xanıma həqiqətən çox qiymətli olan bu hədiyyəni bəxş edir – onun tükənməz xeyirxahlığına, səmimiyyətinə və dünyamızı daha yaxşı, daha təmiz və daha gözəl etməyə çalışdığına görə.
Mehriban Əliyevanın nüfuzlu təltifləri az deyil. 2005-ci ildə o, "İlin qadını” adına layiq görülüb. Mehriban Əliyeva "Şərəf Legionu” ordeni ilə təltif edilib. O, dünyada "Yaqut Xaç” ordeni ilə mükafatlandırılmış ilk qadındır. Azərbaycan Prezidentinin xanımı bu mükafatı "Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun alıb. Lakin Mehriban Əliyevanın özünün dediyi kimi o, həyata keçirdiyi geniş xeyriyyəçilik fəaliyyətinə görə ona təqdim edilmiş "Qızıl ürək” Rusiya mükafatını bütün başqa mükafatlardan artıq qiymətləndirir. Ona "Birlik ulduzları” nominasiyasında dövlətlərarası mükafat da verilib. Bu təltifə əlavə edilən pul mükafatını Mehriban xanım doğma Seçenov İnstitutunun elmi bazasının inkişafına yönəldib.
Mehriban xanımın təşəbbüsü ilə ailələrin rifahına yönəlmiş maraqlı layihələr reallaşır. Qadın hüquqların müdafiəsi, onlar üçün bərabər imkanların yaradılması istiqamətlərində etdiyi çağırışlar qadın hərəkatının yeni mərhələsinin əasını qoydu. “Biz bu gün bərabər hüquqlardan bərabər imkanlara siyasətini gerçəkləşdiririk. Mən bu yolda bütün Azərbaycan qadınlarını daha fəal olmağa, öz potensialını genişləndirməyə, cəmiyyətdə öz sözünü deməyə çağırıram”. Məişət zorakılığının qarşısının alınması sahəsində həyata keçirilən “XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə” layihəsi ölkədə böyük əks-səda doğurmuşdur. Bildiyiniz kimi, qadın və uşaqların məişət zorakılığından müdafiəsinə yönəlmiş “Məişət zorakılığı haqqında Qanun” 2010-cu il iyunun 22-də qəbul olunmuşdur. Həmin Qanunun qəbul edilməsində, Ailə Məcəlləsində qızlar üçün nikah yaşının 18-ə qaqldırılması ilə bağlı dəyişiklik edilməsində də Mehriban xanımın yaxından dəstəyi olmuşdur.
Avqustun 26-sı Mehriban Əliyevanın doğum günüdür. Adətən qadınlar öz yaşlarını gizlədir. Biz də bu ənənəni pozmayacağıq, hərçənd hansı tarixi desək, ona inanmaq çətindir. Mehriban xanım çox gənc görünür, o, qeyri-adi dərəcədə gözəldir, onun gözlərindən nur yağır. Gözlərin nurlu olması isə xoşbəxtliyin ən dəqiq əlamətidir. Qoy bu xoşbəxtlik uzun müddət davam etsin! Doğum gününüz mübarək, Mehriban xanım!
Xanım Məmmədova, Göytəpə şəhər sakini, ziyalı