• Bz. Noy 24th, 2024

YENİ QƏHRƏMANLIQ SALNAMƏSİ

Byadmin

Sen 29, 2021

27 sentyabrdan dövlətçilik tariximizin, hərbi-siyasi tariximizin yeni bir mərhələsi başlanmışdır. Şanlı Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək uğrunda zəfər yürüşünə başladı və Azərbaycanın müstəqillik tarixinə yeni qəhrəmanlıq salnaməsi yazdı. Bunun adı Vətən müharibəsidir. Azərbaycanın Qələbə salnaməsi tarixə yazıldı.

   Qələbimiz Prezident İlham Əliyevin, dünya miqyaslı lider kimi apardığı qətiyyətli, hərtərəfli, uzaqgörən siyasətinin məntiqi nəticəsidir. Məhz cənab Prezident, siyasi iradəsi, qətiyyəti, uzaqgörənliyi nəticəsində Azərbaycan xalqı dövlətinin, liderinin ətrafında sıx birləşdi və bu birlik, həmrəylik “dəmir yumruğa” çevrilib Azərbaycan Ordusunun simasında düşmənin başını əzdi. Azərbaycan güclü dövlət olduğunu bütün dünyaya isbat etdi.

   Həmçinin cənab Przident İlham Əliyevin həyata keçirdiyi dolğun iqtisadi siyasət, ölkənin gündən-günə inkişaf etməsinə, iqtisadi siyasətin davamı olaraq sosial siyasətin əhalinin rifah halının yüksəlməsinə yönləndirilməsinə gətirib çıxardı. Eyni zamanda ölkədə siyasi proseslərin tənzimlənməsi, siyasi dialoqun təmin olunması milli birliyin və həmrəyliyin daha da güclənməsinə imkan verdi. Aparılan islahatlar ölkəmizin daha da demokratikləşməsinə şərait yaratdı və nəticədə vətəndaş cəmiyyətini daha da gücləndirdi. Bütün bu uğurlar ona gətirib çıxardı ki, biz bu müharibəyə həm iqtisadi cəhətdən, həm hərbi və həm də beynəlxalq gücləri öz tərəfimizə çəkmək cəhətdən artıq hazır olduq. Ermənistan tərəfinin hərbi və siyasi təxribatları ucbatından danışıqlar dalana dirəndi. Və Ermənistan tərəfindən son hərbi təxribat sentyabrın 27-də baş verdi. Nəticədə Ali Baş Komandan öz vətəndaşlarını qorumaq, ərazi bütövlüyünü təmin etmək məqsədilə əks-hücum əməliyyatı əmrini verdi.

 Azərbaycanın öz hərbi qüvvələri ilə işğalçıları məğlub etməsi, xalqın inamını özünə qaytardı. İctimai şüurda sağlam əhval-ruhiyyə baş qaldırdı. Vətəndaşların bir-birinə olan münasibəti yeni səviyyəyə qədəm qoydu. Qarşılıqlı hörmət, qayğıkeşlik, mənliyin milli şüura əsaslanması, milli dəyərlərə diqqətin artması, mədəni irsə olan münasibəti dəyişməklə bərabər həmçinin Azərbaycan gəncində qələbə əzmini artırdı. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi və bu gün də yetirir. Azərbaycan Silahlı Qüvvələrinə eşq olsun! Yaşasın Azərbaycan Prezidenti! Yaşasın Azərbaycan Xalqı! Yaşasın Azərbaycan Əsgəri!

İlkin Zeynalov, Cəlilabad şəhər sakini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir