Yenə də bəzi “agzıgöyçək” saytlar iş başındadır. Bu saytlar, bu adamlar nəyə və kimə xidmət edir, bəlli deyil. Hamımızın məqsədi bir deyilmi? Dövlətimizi qorumaq, xalqımıza xidmət etmək.
“Proqress 2016 MTK” şirkətinin rəhbəri Emil Səməndərov haqqında bir neçə saytda şər-böhtan xarakterli yazılar gördük. “Xəbəral.az” olaraq bu məsələni araşdırdıq və məlum oldu ki, Emil Səməndərov xalqını, millətini sevən, dövlətçilik ənənələrinə bağlı olan əsl vətən övladıdır. Bəzi saytlar isə hansısa maraqlara xidmətindən irəli gələn şər-böhtan yazıları ilə həm də dövlətimizə və xalqımıza düşmən olan tərəflərə xidmət etmiş olur.
Bizim araşdırmamızdan bir neçə faktı diqqətinizə çatdırırıq:
1. Emil Səməndərov sadə bir Azərbaycan vətəndaşı, dəyərli bir iş adamıdır.
2. Ona görə dəyərlidir ki, o, bir çox iş adamı kimi yalnız özünü düşünmür.
3. Ona görə yalnız özünü düşünmür deyirik ki, o, vətən müharibəsində gərəkən, bir iş adamı kimi öz üzərinə düşən işlərin layiqincə öhtəsindən gəlib.
4. Emil Səməndərov bu gün də bir iş adamı kimi şəhid ailələrinə dəstək olur, qazilərimizin məişət problemlərinin həlli istiqamətində lazımi addımlar atır.
5. Emil Səməndərovun rəhbərlik etdiyi şirkətdə yüzlərlə insan hər gün evinə, balasına bir tikə çörək aparır.
Emil Səməndərov haqqında bu kimi faktlar çoxdur. Lazım bildikcə geniş oxucu auditoriyamıza təqdim edəcəyik. Hələ ki, onun haqqında şər-böhtan yazan saytlara demək istəyirik ki, ağıllı olun. Bu vətən, bu xalq, bu dövlət sizin deyilmi?
Emil Səməndərovun xalqına, millətinə, dövlətinə xidmətlərini görmüsünüzmü? Niyə insanları yaxşı insan olmaqdan bezdirirsiz? Niyə yaxşı insanları qorumursuz? Niyə xeyirxah iş adamları haqqında olmayan yazılar yazırsız?
Axı, onlar bu vətənə xidmət edir. Bu vətən sizin deyilmi?