• Şb. Noy 23rd, 2024

Gürcüstan və Rusiya arasında yeni danışıqlar raundu başlayır

Byadmin

Okt 13, 2021

Bu gün Cenevrədə Rusiya və Gürcüstan arasında Qafqazda təhlükəsizlik və sabitliyə dair danışıqların 54 -cü raundu keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu danışıqlarda Gürcüstan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Laşa Darsaliya rəhbərlik edəcək.

Onun artıq Cenevrədə olduğu açıqlanıb.

Qeyd edək ki, Cenevrə müzakirələri AB, BMT və ATƏT -in vasitəçiliyi ilə 2008-ci ilin oktyabr ayından bəri keçirilir.

Onlar avqust müharibəsindən sonra əldə edilmiş razılaşmalara – 12 avqust 2008-ci il tarixli atəşkəs razılaşmasına əsaslanır.

Cenevrədəki görüşlərdə Gürcüstan, Rusiya, ABŞ nümayəndə heyəti, Abxaziya və Cənubi Osetiya tərəfinin nümayəndələri iştirak edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir