• Ca. Dek 26th, 2024

ERMƏNİSTANIN ÇIXIŞ YOLU MƏLUMDUR

ByYenigun.news

May 25, 2021

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda keçirilən müzakirələr beynəlxalq aləmdə böyük maraqla qarşılanıb. Çünki bu mövzu qlobal gündəlikdə duran çox zəruri məsələlərdəndir. Artıq beynəlxalq aləmə də bəllidir ki, bu yaxınlarda Cənubi Qafqaz regionunda köklü dəyişikliklər baş verib. Yəni, Ermənistanın 30 illik işğalına son qoyulub və Azərbaycan işğal altında olan ərazilərini öz gücü ilə azad edib. Təbii ki, regionda yaranmış yeni vəziyyət yeni yanaşmalar tələb edir.

    Prezidentimizin tarixi qələbənin qazanılmasında nümayiş etdirdiyi qətiyyətli mövqe xalqımıza, o cümlədən hər birimizə böyük sevinc və qürur hissi yaşatdı. Azərbaycan Ordusunun qəhrəman əsgər, çavuş, gizir, zabit və generalları yüksək peşəkarlığa, qibtə olunacaq Vətən sevgisinə malik olduqlarını bütün dünyaya əyani şəkildə göstərdi və sübut etdilər.

  Prezident birmənalı olaraq dedi ki, Dağlıq Qarabağ problemi artıq yoxdur, hazırda dövlətimizin prioriteti ərazilərin bərpasına yönəlib. Ölkəmizin rəhbəri tutarlı faktlarla bəyan etdi ki, Qarabağın çoxşaxəli iqtisadi potensialı mövcuddur, burada müxtəlif təyinatlı loqistik layihələrin icra olunması ücün imkanlar genişdir. Füzuli, Laçın, Zəngilan rayonlarında hava limanlarının inşası, bütünlükdə ərazidə iri infrastruktur işlərinin görülməsi çox böyük potensial tələb etsə də dövlətimiz və insanlarımız bunun öhdəsindən gəlməyə qadirdir. Ona görə də bütün Azərbaycan xalqı Vətənin xilaskarı olan bu insanları və Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizi həmişə minnətdarlıq hissi ilə xatırlayacaq.

  Prezident qeyd etdi ki, qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir. Müzəffər Azərbaycan Ordusu zəfər çaldı. Bölgəyə sülh gətirən Azərbaycan regionun inkişafının təminatçısıdır. Qarabağa həyat qayıdacaqdır. Azərbaycan hökuməti işğaldan azad olunmuş bütün ərazilər üçün yeni böyük baş plan tərtib edəcək. Bütün infrastruktur yaradılacaq. Yeni inzibati və ictimai binalar, məktəblər, tibb ocaqları tikiləcək. Vahid Azərbaycan çoxmillətli, çoxkonfessiyalı, mütərəqqi dövlətdir. Azərbaycan xalqı öz multikultural dəyərlərini yaşadacaq və tolerant inanclarına sadiq qalacaqdır.

  Azərbaycan Prezidenti birmənalı olaraq qeyd edib ki, Regionun inteqrasiyası ölkələrin inkişafına xidmət edəcəkdir. 30 illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Cənubi Qafqazda fəal əməkdaşlıq və inteqrasiya mühiti yaradılmalıdır.Azərbaycan beynəlxalq maliyyə institutları ilə fəal əməkdaşlıq edir. Cənub Qaz Dəhlizi layihəsini həyata keçirəndə bütün əsas beynəlxalq maliyyə institutları bizim tərəfdaşlarımız idi. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və Çin tərəfindən təsis olunmuş İnfrastruktur və İnvestisiya Bankı. Bütün aparıcı beynəlxalq maliyyə institutları layihədə iştirak edirdi; Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü Azərbaycan fəal dəstəkləyir. Asiyanı Avropa ilə birləşdirmək kontekstində sözügedən layihə beynəlxalq gündəliyin mühüm hissəsidir. Azərbaycan öz ərazisində bütün zəruri nəqliyyat layihələrini tamamlayıb və təşəbbüs çərçivəsində Asiya və Avropadakı tərəfdaşlarla mühüm bağlantılar var.

  Tədbir iştirakçılarına bir daha bəlli oldu ki, Dağlıq Qarabağ münaqişəsi, ilk növbədə, Azərbaycan tərəfindən, sonra isə ötən il Rusiya, Azərbaycan və Ermənistan dövlət başçılarının imzaladıqları 10 noyabr tarixli Birgə Bəyanatla artıq həll olunub, hazırda Cənubi Qafqaz regionunda köklü dəyişikliklər baş verib və yeni dövr başlanıb. Buna görə də yeni vəziyyət yeni yanaşmalar tələb edir. Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Zəngəzur dəhlizi açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq. Bu səbəbdən Azərbaycan əməkdaşlığa və ümumi gələcəyimizin planlaşdırılmasına açıqdır, çünki biz istəsək də, istəməsək də qonşuyuq və yanaşı yaşamalıyıq və bir daha bu birgə yaşamanı öyrənməliyik.

Seyran Aslanov, Cəlilabad şəhər sakini, müəllim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir