Azərbaycan Respublikası vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə dövlət rüsumu artırılır.
“Qafqazinfo” xəbər verir ki, on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə, yaxud Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə və ya dəyişdirildikdə
bir yaşınadək uşaqlar üçün -10 manatdan 15 manata
bir yaşından üç yaşınadək uşaqlar üçün – 20manatdan 25 manata
üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün 30 manatdan 35 manata
on səkkiz yaşına çatmış vətəndaşlara – 40 manatdan 60 manata
beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə
bir yaşınadək uşaqlar üçün – 20 manatdan 25 manata
bir yaşından üç yaşınadək uşaqlar üçün – 40 manatdan 55 manata
üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 60 manatdan 75 manata
on səkkiz yaşına çatmış vətəndaşlara görə – 80 manatdan 120 manata
bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə
bir yaşınadək uşaqlar üçün – 40 manatdan 55 manata
bir yaşından üç yaşınadək uşaqlar üçün – 80 manatdan 115 manata
üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün – 120 manatdan 155 manata
on səkkiz yaşına çatmış vətəndaşlara – 160 manatdan 210 manata qaldırılır.