• Şb. Noy 23rd, 2024

ƏMƏKDAŞLIĞA DAİM AÇIQ OLAN PARTİYA

Byadmin

Noy 16, 2021

   Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrilib. Partiyanın yaradıcısı dahi şəxsiyyət, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra hakim partiya statusunu alan YAP daim siyasi proseslərin önündə olub, ona göstərilən etimadın öhdəsindən layiqincə doğruldub. Ümumxalq etimadını çox qısa müddətdə qazanan partiya öz fəaliyyətində  hər zaman dövlətimizin inkişafına, yüksəlişinə, Heydər Əliyev ideallarına sədaqətini, ulu öndərin müəyyən etdiyi strateji inkişaf kursunu əzmlə həyata keçirən Prezident İlham Əliyevin apardığı islahatlara töhfələr verib.  Azərbaycanda parlament və prezident seçkiləri keçirilib, sosial-iqtisadi, hüquqi, siyasi islahatlar həyata keçirilib. Ən əsası, Vətən müharibəsində möhtəşəm qələbə qazanan Azərbaycanın ərazi bütövlüyü təmin olunub.

   Əməkdaşlığa daim açıq olan YAP partiyalar arası siyasi dialoqu stimullaşdırmalıdır. Siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritet fəaliyyət istiqamətlərindən biridir. Siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması, ölkəmizin güclənməsi qarşımızda duran vacib məsələlərdir. Ölkəmizdə aparılan siyasi dialoq təcrübəsi partiyaların təşəbbüsü ilə zənginləşdirilməlidir.

  YAP-ın təşəbbüsləri ölkəmizin gələcək siyasi sistemi üçün, siyasi sisteminin təkmilləşməsi üçün böyük əhəmiyyətə malikdir.

  Ölkəmizin siyasi həyatında Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” fikri dövlət siyasətinin əsas fəlsəfəsinə çevrilərək siyasi münasibətlərdə də öz əksini tapır. Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edildi. Bu fakt Azərbaycanda dövlət və milli maraqlar naminə müxtəlif siyasi qüvvvələrin inteqrasiya nümunəsidir.

  Cənab Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev YAP-ın VII qurultayındakı nitqində qeyd etmişdir ki, “Bizim dost partiyaların bu gün bizə qoşulması çox önəmli, əlamətdar hadisədir. Bu da siyasətimizin təkmilləşdirilməsi istiqamətində atılan növbəti addımdır və eyni zamanda , göstərir ki, partiyamızın həm məramı, həm proqramı, fəaliyyəti və əldə etdiyi naliyyətlər dost partiyalar üçün də cəlbedicidir. Əminəm ki, bir neçə partiyanın Yeni Azərbaycan Partiyası ilə birləşməsi partiyamızı gücləndirəcək”. Ölkəmizin qarşısında yeni inkişaf üfüqlərinin açılmasında müstəsna rol oynayan partiya əldə etdiyi uğurlarla kifayələnməyəcək. Ümumxalq partiyası olan YAP qarşıdakı dövrdə də sahib olduğu resurslardan, ictimai-siyasi nüfuzundan istifadə edərək müasir və qüdrətli Azərbaycanın gələcək naminə milli tərəqqiyə xidmət edən vəzifələrin yerinə yetirilməsinə öz layiqli töhfələrini verəcək, fəaliyyəti ilə ölkəmizin inkişafına xidmət edəcək.

   Düşünürük ki, Prezident İlham Əliyevin Sədri olduğu partiya məramı, proqramı, həm də fəaliyyəti və əldə etdiyi nailiyyətlərlə kifayətlənmir, Azərbaycanın parlaq gələcəyi naminə ilklərə imza atır, cəmiyyətimizdəki yeniliklərlə, dəyişikliklərlə bir addımlayır, bu reallıqların fonunda ölkəmizin qarşısında yeni dövrün tələblərinə uyğun çağırışlar yaranıb. Ölkəmizin, vətəndaşlarımızın xeyrinə olan bütün bu çağırışları ürəkdən alqışlayırıq, möhtərəm Prezidentimizə minnətdarlığımızı bir daha bəyan edirik.

   Prezidentimizin vurğuladığı kimi, YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Bununla fəxr etməyə dəyər.

Vüsal Kazımov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir