• C. Noy 22nd, 2024

“Bankları çox şeydə ittiham etmək olar”

Byadmin

Noy 16, 2021

“Hazırda Azərbaycanın bank sektorunda likvidlik normadan 2 dəfə çox – 7 milyard manat civarındadır”.

“Ölkə.Az” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, həmin potensial reallaşdırılmır: “Bu isə ekosistemdəki problemlərin siqnalıdır. Həmin problemlər həll edilməlidir ki, banklar iqtisadiyyatı kreditləşdirə bilsinlər. Bankları çox şeydə ittiham etmək olar, amma onları vəsaitləri əllərində saxlayıb kredit verməməkdə ittiham etmək üçün əsaslı arqument tapmaq çətindir”, – o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir