Tbilisi şəhərində Ana Dili Günü münasibətilə təşkil edilən tədbirdə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) bir qrup nümayəndəsi də iştirak edib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, Gürcüstanın Prezident Administrasiyasında baş tutan tədbirin gedişində Prezident Salome Zurabişvili GAİM-in icraçı direktoru Orxan Pirverdiyev və müdavimləri ilə də görüşüb. GAİM-in fəaliyyət istiqamətləri barədə Prezident Salome Zurabişviliyə ətraflı məlumat verilib.
Sonra azərbaycanlı gənclər dövlət başçısı ilə xatirə şəkli çəkdirib.
Qeyd edək ki, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 3 aprel 2019-cu ildən azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda fəaliyyət göstərir.