Böyük Azərbaycan ziyalısı Həsən bəy Zərdabinin redaktorluğu ilə nəşrə başlayan “Əkinçi” qəzetinin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 nömrəsi işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının yaranmasında və təşəkkül tapmasında əvəzsiz rolu olub. Qəzet xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük əhəmiyyət daşıyıb. Əsasən qələm sahibləri qəzetlə əməkdaşlıq edib, müntəzəm məqalələrlə çıxış ediblər.
Vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr vermiş Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirməli, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışmalıdırlar.
Ölkəmizdə Azərbaycan milli mətbuatının 151 illiyi qeyd olunur. Ümummilli lider Heydər Əliyevin, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq sərəncamları ilə milli mətbuatımızın yubileyləri ölkə miqyasında geniş qeyd olunmuşdur. Bu yubileylər milli jurnalistikamızın tarixinə ədalətli qiymət verilməsini və nəsillərin varisliyini qəbul etməklə, mediamızın sabahkı hüdudlarına aydın baxışı təmin etdi.
Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsipi olaraq əksini tapması ölkəmizdə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan vermişdir. Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü funksiyasını yerinə yetirib. 1993-cü ildən etibarən demokratik KİV-nin inkişafında əldə olunmuş nailiyyətlər Ümummilli lider Heydər Əliyevin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində artıb çoxalmışdır. Ulu Öndər Heydər Əliyevin “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” 1998-ci il 6 avqust tarixli Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilmişdir.
Mediamız müasir tendensiyaları nəzərə almaqla Azərbaycanın dövlət maraqlarını həmişə uca tutmalıdır.
Xəlil Məmmədov,
YAP Cəlilabad RT ƏPT sədri
