• Ç. İyl 15th, 2026

Əməkdaşlıq potensialı yetərincədir

ByVuqar Ferzeliyev

İyl 15, 2026

  Slovakiya Prezidenti Peter Pelleqrininin iyulun 14-də ölkəmizə səfərinin nəticələri Azərbaycanın bu ölkə ilə əlaqələrinin müxtəlif sahələrdə inkişafı üçün yeni perspektivlər vəd edir. Slovakiyanın dövlət başçısı ilə Möhtərəm Prezidentimiz cənab  İlham Əliyev arasında keçirilən birgə və geniş tərkibdə görüşlər, mətbuata bəyanatlar, səsləndirilən fikirlər də bunun bariz ifadəsidir.

  Hər iki ölkə investisiya fəaliyyətinin genişləndirilməsinə, biznes mühiti¬nin yaxşılaşdırılmasına, sənaye is¬tehsalının artırılmasına, qeyri-neft sektorunun inkişaf etdirilməsinə ciddi önəm verir. Bu istiqamətdə qarşıya qoyulan əsas hədəflər sərmayə qoyuluşlarının artırılması, sahibkarların ixrac potensialının gücləndirilməsi, investisiya imkan¬larının genişləndirilməsi, potensial tərəfdaşların tapılması və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsidir.

  Prezident İlham Əliyev mətbuata bəyanatında qeyd edib ki, doğrudan da belə dinamik əlaqələrin inkişafı iki tərəfin niyyətini göstərir. Bu gün biz bir çox məsələləri müzakirə etdik və bir daha gördük ki, gündəliyimiz kifayət qədər genişdir. Nümayəndə heyətlərinin tərkibinə baxmaq kifayətdir ki, hər kəs görsün hansı istiqamətlər üzrə fəal işlər gedir, dialoq gedir və təkcə dialoq yox, praktiki işlər.

  Slovakiya Qarabağın bərpasında fəal iştirak edir və Ağdam rayonunun Baş Qərvənd kəndində Slovakiya şirkəti “Ağıllı kənd” layihəsini icra edir.

  Son illərdə enerji layihələrinin coğrafiyasının genişləndirilməsi, şaxələndirmə siyasətinin iştirakçı dövlətlərin maraqları baxımından bir daha nəzərdən keçirilməsi, alternativ variantların gündəmə gətirilərək siyasi və iqtisadi əhəmiyyətinin beynəlxalq müzakirəyə çıxarılması bölgədə və dünya birliyində sabitlik və əmin-amanlığın möhkəmlənməsinə geniş imkanlar açır.

   Biz başqa ölkələrin o cümlədən Slovakiyanın enerji təhlükəsizliyinin təmin edilməsində öz müsbət rolumuzu oynayırıq. Bunu bizim tərəfdaşlar, eyni zamanda Slovakiya rəhbərliyi qiymətləndirirlər. Bu sahədəki fəlsəfəmiz və yanaşmamız ondan ibarətdir ki, enerji resursları əməkdaşlığı dərinləşdirməlidir, birliyi möhkəmləndirməlidir və əlbəttə ki, biz bu siyasəti apararaq öz milli maraqlarımızı təmin edirik. Bu gün həm bölgədə, həm dünyada bizim maraqlarımız təmin edilir.

                                                                         Toğrul Əsədov,

                                    Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının                                        

                         Muğan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir