“ABŞ Azərbaycan və Ermənistanla birgə işləmək niyyətinə sadiqdir”.
Oxu.Az-ın məlumatına əsasən, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer jurnalistlərə açıqlamasında deyib:
“ABŞ bu istiqamətdə hər iki dövlətin birbaşa danışıqlara qatılmaq üçün və münaqişədən sonra qalan müəyyən narazılıqların həlli üçün birgə işləməyə təkan verməyə hazırdır”, – deyə səfir əlavə edib.
O bildirib ki, ABŞ Azərbaycan və Ermənistan arasında sülhün təmininə gətirəcək istənilən addımları dəstəkləyəcək:
“Təki bu addımlar və bu kimi ünsiyyətlər məhsuldar olsun. Avropa İttifaqı bu kimi təşəbbüsü bu yaxınlarda reallaşdırdı. ABŞ Avropa İttifaqının təşəbbüsünü dəstəkləyir”.
Aqşin Kərimov