• Ç. Noy 27th, 2024

Ceyhun Bayramov Niderlandın Baş nazirinin müavini ilə telefonla danışıb

ByYenigun.news

Apr 19, 2022

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Niderland Krallığının Baş nazirinin müavini, xarici işlər naziri Vopke Hoekstra ilə telefon danışığı baş tutub.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlər iki dövlət arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə qarşılıqlı təbriklərini və xoş arzularını ifadə ediblər.

Tərəflər ikitərəfli gündəliyin cari məsələləri, habelə əlaqələrin inkişaf perspektivləri üzrə fikir mübadiləsi aparıblar. Bu ilin 15 mart tarixində iki ölkənin Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsi məmnunluqla vurğulanıb və bu təcrübənin gələcəkdə davam etdirilməsinin əhəmiyyəti qeyd edilib.

Nazir Ceyhun Bayramov həmkarına bölgədə mövcud olan vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində görülən işlər, bu xüsusda liderlərin Brüssel görüşündə əldə edilmiş razılaşmaların icrasının vacibliyi, eləcə də bölgənin gələcək sülh və əmin-amanlıq şəraitində inkişafına dair Azərbaycanın baxışlarına dair məlumat verib.

Nazirlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, Ukraynadakı vəziyyət, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir