Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri ilə görüşüb.
Bu barədə o, özünün “Twitter” hesabında yazıb.
“Dünən mənim Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə, bu gün isə Ermənistanın baş nazirinin müavini Mher Qriqoryanla kommunikasiyaların açılması mövzusunda görüşüm olub. Hər iki tərəfdən güclü iradə görmək xoşdur” , – Klaar qeyd edib.
Excellent meetings yesterday with ??deputy PM Shahin Mustafayev and today with ?? deputy PM Mher Grigoryan about reopening of communications. Good to see strong commitment from both sides.
— Toivo Klaar (@ToivoKlaar) April 21, 2022