• Ça. Noy 26th, 2024

İrana bağlı sosial mediadan Azərbaycana qarşı daha bir iftira – FOTO

ByYenigun.news

Apr 22, 2022

“Son həftələrdə Azərbaycanda və İran sərhədi yaxınlığında sələfi-təkfirçi qüvvələr görünməkdədir”.

Bu iddia ilə üzərində İranın İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) loqosu olan “Azərbaycan Araşdırmaları Mərkəzi” adlı “Telegram” kanalı çıxış edib.

“Azad İran” “Telegram” kanalının xəbərinə görə, paylaşılan postda həmçinin iddia edilir:

“İsraildən Bakıya çox sayda yük reyslərinin həyata keçirilməsi ilə bağlı məlumatlar daxil olub. Qarabağda pantürkçülər toplantı keçirir, İsrail və Türkiyənin vədlərindən ruhlanaraq, növbəti konfransı Təbrizdə və ya İrəvanda keçirəcəklərini söyləməyə cürət ediblər!”, – deyə qeyd edilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir