“Gürcüstan Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verir”.
Oxu.Az-ın məlumatına əsasən, bunu Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirilən brifinqdə deyib.
O bildirib ki, Azərbaycan-Gürcüstan münasibətləri daha da inkişaf edəcək.
“Mənim Azərbaycanda keçirdiyim görüşlər Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlığı dərinləşdirmək, xalqlarımız və regionun rifahı naminə nəticə əldə etmək məqsədi daşıyır”, – deyə nazir əlavə edib.
O deyib ki, Gürcüstan regionda sülhün bərqərar olması üçün yardımçı olmağa hazırdır və bu, digər platformalara ziddiyyət təşkil etmir.